BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün Kəlbəcər işğaldan azad edilir

Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olunur.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

 

Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti bu günə kimi uzadıb.

Tarix: 25 Noyabr 2020, 00:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin