BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın bölgədə artan hərbi rolunun çərçivəyə salınması barədə ciddi düşünməliyik”

“Rusiya sülhməramlılarının komandirlərindən birinin bölgədə olan “Kommersant” qəzetinin əməkdaşına verdiyi müsahibəni oxudum. Həmin komandir əslində müsahibə üçün icazənin gərəkliyini bildirsə də, jurnalistə ürəyindəkilərini boşaldıb. Birincisi deyib ki, rusiyalı sülhməramlıların məqsədi bölgədə xristianları (oxu: erməniləri) və xristian abidələri qorumaqdır. İkincisi vurğulayıb ki, neytral qalsalar da, simpatiyaları ermənilərin tərəfindədir. Rus komandir düçüncələrini gizlətməyib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

“1990-ci illərin sonlarına qədər Dağlıq Qarabağda mövcud olan SSRİ hərbi bazasının komandir heyəti də bu düşüncə ilə erməni separatçılarını silahlandırmışdı. Sonuncu rayonumuz Laçın dekabrın 1-də işğaldan azad olunandan və Türkiyə hərbçiləri bölgədə yerləşəndən sonra Rusiyanın bölgədə artan hərbi rolunun çərçivəyə salınması barədə ciddi düşünməliyik” – E.Şahinoğlu qeyd edib.

Tarix: 25 Noyabr 2020, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin