BURADA REKLAMINIZ OLA
BİLƏR

“Düşməni dirçəldənə Xankəndində, Ağdərədə erməni lazımdır, ona görə bir ucdan dartıb geri gətirir”

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yüz illərlə aparılan saxta erməni i tarixini, faşizmdən də əvvəl yaranmış “qədim və seçilmiş xalq” ideologiyasını məhv etdi. Azərbaycan və Türkiyəyə yönəlmiş torpaq, ərazi iddiaları ağır məglubiyyətə uğradı. Düşmən depressiya və psixoz sindromu yaşayır, amma hələ ölməyib. Faktiki kapitulyasiya bəyanatına imza atandan sonra erməni faşist ideologiyasının hələ də ölmədiyini, hər zaman olduğu kimi öz güclərinə deyil, qarşılarında baş əydikləri dünya güclərinə arxalanıb yenidən Qarabağda ərazi iddialarını cücərtməyə cəhdlər edirlər. 

Alman faşizmi məğlub olandan sonra yenidən qurulmuş alman dövlətinin  rəhbərləri faşizmə görə hər zaman dünyadan üzr istədilər. Erməni faşist ideologiyasının rəhbərləri Azərbaycan xalqından hələ də üzr istəməyiblər. Bir milyona yaxın insanı məcburi köçkünə çevirən, qadın, qoca, uşaq demədən qətlə yetirən və bundan həzz alan Sarkisyan, Koçaryan, Ter-Petrosyan, Paşinyan məğlub olandan sonra belə Azərbaycandan üzr istəmək əvəzinə, hələ də “müstəqil Artsax”dan danışırlar.

 

Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var. Düşməni dirçəldənə Xankəndində, Ağdərədə ERMƏNİ lazımdır, ona görə bir ucdan dartıb geri gətirir. 14 gündür ki, Rusiya dövləti sülhməramlı adı altında faktiki olaraq cinayətkar rejimlə əlbir işləyir. Təhlükəsizlikdən çox idarəetmədə iştirak edirlər.  Rusiya informasiya kanalları hələ də yaydıqları reportajların sonunda yer kimi Azərbaycanın yox, Dağlıq Qarabağın adını çəkirlər. Dayanmadan nəzarət edə bilmədiklərimiz yerlərə - Dağlıq Qarabağa  humanitar yardım adı ilə karvan-karvan tikinti materialları çatdırırlar. Təqdimatı isə cinayətkarlardan ibarət komandanın “nazir” statuslu məmurlarına edirlər. 14 gündür ki, Azərbaycan Xankəndində baş verən heç bir prosesdə yoxdur. Bu 1988-1989-cu illəri xatırladır. Rusiya status-kvo adı ilə beş il müddətinə erməni-faşist ideologiyasını Qarabağda yenidən dirçəltməyi qarşısına məqsəd qoyub. Yoxsa elə bilirlər ki, ideologiyanı yenidən dirçəldib 3, 1min kvadrat kilometr Azərbaycan ərazisini, üstəlik 5 kilometrlik enində Laçın dəhlizini erməni faşistlərinin ixtiyarına verə biləcəklər? O babanız öldü. Hətta, Rusiya faktiki olaraq sülhməramlılıq pərdəsi altında öz idarəetməsini qursa da, bunun heç bir perspektivi olmayacaq. Niyyətləri hələ Putinin məşhur müsahibəsindən məlumdur: bu idarəetmənin üstünlüklərini yaradan kimi, yəni növbəti beşillikdə status haqqında müzakirələrə başlamaq. Biz sayıq olmalı və bu istiqamətdə heç bir fürsəti onlara verməməliyik.

 

Dirçələn düşmən mütləq revanş haqqında fikirləşəcək.  Bunu unutmamalıyıq! Bu dirçəlmə prosesinin qarşısı mütləq alınmalıdır. Dekabrın ilk günü uzaqda deyil, amma heç kəs fikirləşməsin ki, səbrli olduğumuz qədər sadəlövhük. Dekabrın 1-ni sadəlövhcəsinə deyil, səbrlə gözləyirik. Azərbaycanın ərazi bütövlüyü qırmızı xəttimiz olaraq qalır. 

 

Düşməni dirçəldənlər bilsinlər ki, onların təsəvvüründə qalan Azərbaycan keçmişdə qaldı. İndi güclü Azərbaycan var! Əksinə, düşməni dirçəldənlərin  gücü əvvəlki deyil, hər gün geri gedir, başının qarışacağı siyasi, iqtisadi,  hərbi  çaxnaşmalar onu Belarusda, Moldovada, Ukraynada, Gürcüstanda, Suriyada gözləyir. Hələ Baydenin prezidentlik dövründə hansı yeni sanksiyalarla qarşılaşacağı  bilinmir. Amma olacaq!

Azərbaycan 10 noyabr Bəyanatından irəli gələn müddəaların realizasiyasına başlamalıdır.

Dojivyem do.. 1-qo dekabrya..

 

İlham İsmayıl

Tarix: 25 Noyabr 2020, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin