BURADA REKLAMINIZ OLA
BİLƏR

Netanyahudan tarixi səfər

İsrail Baş naziri Binyamin Netanyahu gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə səfər edəcək.

Pravda.az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb. Qeyd edilib ki, Netanyahu ilk dəfə açıq şəkildə Abu-Dabi və Manamana gedəcək.

Qəzet “tarixi səfər” ifadələrinə yer verdiyi məqalədə Baş nazirin BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayid və Bəhreyn Kralı Hamed ibn İsa əl-Xəlifə ilə görüşəcəyini bildirib.

Qeyd edək ki, 15 sentyabrda Ağ Evdə İsrail ilə Bəhreyn arasında münasibətlərin normallaşdırıması barədə müqavilə imzalanmışdı.


Tarix: 25 Noyabr 2020, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin