BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovdan MÜHÜM AÇIQLAMA

Rusiya xarici işlər naziri Sergey Lavrov Liviya Milli Ordusunun lideri Xəlifə Həftarın siyasi müttəfiqi, Tobruk Təmsilçilər Məclisinin sədri Akilə Salehlə görüşüb.

Pravda.az xəbər verir ki, Rusiya XİN-in məlumatına əsasən, görüş Moskvada baş tutub.

Liviya Milli Razılıq Hökumətinin Baş naziri Faiz Sərrac və Saleh arasındakı görüşün siyasi prosesin yenidən başlamasında mühüm rol oynadığını vurğulayan Lavrov “problemlər olsa da, proses davam edir və sürətlənir”,- deyə bildirib.

Liviyadakı bütün siyasi partiyalarla uzun müddətdir fəal əlaqədə olduqlarını xatırladan Sergey Lavrov Salehin təşəbbüslərinin həyata keçməsinə kömək edəcəklərini deyib.

Mətbuata qapalı keçirilən görüşdən sonra hər hansı bir geniş açıqlama verilməyib.

Qeyd edək ki, ölkənin şərqindəki Tobruk şəhərində yer alan və Akilə Salehin rəhbərlik etdiyi Təmsilçilər Məclisi silahlı güclərin lideri Xəlifə Həftara dəstək verir. Saleh çevirilişdən sonra Həftarı sözdə marşal elan edib və paytaxt Trablusu ələ keçirmək üçün silahlı hücumları dəstəkləyir.


Tarix: 25 Noyabr 2020, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin