BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabir Rüstəmxanlı: “Almaniya mətbuatı açıq şəkildə Azərbaycanı ittiham edir, bizi işğalçı adlandırır”

İkinci Qarabağ müharibəsi dövründə zaman-zaman dünyaca məşhur bəzi simaların açıq şəkildə erməni seperatizmini dəstəklədiyinin şahidi olduq. Elə bir neçə gün əvvəl tanınmış fransız aktyorların bu istiqamətdə "Le Figaro” nəşri vasitəsi ilə müraciəti də buna nümunədir.

 

Maraqlıdır, əzəli Azərbaycan ərazisi olan Qarabağın ermənilərə məxsus olduğunu deyən və seperatizmi dəstəkləyən bu şəxslərlə bağlı hansı addımlar atıla bilər?

 

Deputat Sabir Rüstəmxanlı həmin şəxslərin "qara siyahı"ya salınmalı olduğunu və reallığın çatdırılması üçün hərəkətə keçməyin zəruri olduğunu bildirib:

 

"Həmin şəxslərin Azərbaycanla əlaqələri yenidən nəzərdən keçirilə bilər. Onların Bakıya gəlib-getməyinə müəyyən qadağalar tətbiq edilməsi mümkündür. Biz bundan əlavə qabaqlayıcı addımlar da atmalıyıq. Çağırışlar etməli, bədii əsərlər, filmlər hazırlamalıyıq. Bununla da separtizmi dəstəkləyən həmin şəxslərdə Qafqaz haqqında real təsəvvürlər yarana bilər.

 

Məsələn, Almaniya mətbuatı açıq şəkildə Azərbaycanı ittiham edir, bizi işğalçı adlandırır. Onlar bizi soyqırım törədən, erməni tarixi abidələrini dağıdan xalq kimi tanıdır. Biz bunlara faktlarla cavab verməliyik. Yanlız müşahidə etmək və bu kimi şeyləri pisləməklə kifayətlənmək olmaz. Hərəkətə keçməliyik, onlara cavab verilməlidir".

 

Deputat Asim Mollazadə erməni seperatizmini dəstəkləyən şəxslərin "qara siyahı"ya düşsələr belə öz əməllərindən əl çəkməyəcəklərini diqqətə çatdırıb:

 

"Təbii ki, Azərbaycan bu insanları qara siyahıya sala bilər. Açıq şəkildə seperatizmi dəstəkləyən şəxslərə qarşı bu addım atılmalıdır. Mənə elə gəlir ki, onlar yenə də öz əməllərindən əl çəkməyəcək, seperatizmi dəstəkləyəcəklər".Sfera

Tarix: 25 Noyabr 2020, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin