BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə-Ermənistan sərhədi açılır?

“Türkiyə-Ermənistan sərhədi 1993-cü ilin aprelində, Kəlbəcərin işğalına cavab olaraq qapadılmışdı. Bu gün Ermənistan Kəlbəcərdən çıxdı. Türkiyə ilə sərhəd tezliklə açılanda Ermənistan ticarətdən dərhal mənfəət almağa başlayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

“Biz isə hələ uzun müddət Kəlbəcəri minadan təmizləməliyik, çünki ərazini tərk etməsi üçün Bakının İrəvana verdiyi əlavə 10 gündə o, Kəlbəcəri də fəal şəkildə minaladı. Kəlbəcərin minadan sürətlə təmizlənməsi xərclərini Ermənistanın üzərinə qoymalıyıq” – İ.Məmmədov qeyd edib.

Tarix: 25 Noyabr 2020, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin