BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fransız mallarına, Azərbaycanda fəaliyyət göstərən bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir”

“Gözlənilən prosesə start verildi. #Fransa senatı Fransa hökumətini qondarma "Dağlıq Qarabağ"ı tanımağa çağıran məsləhət xarakterli qətnaməni qəbul etdi. Ardınca Fransa Xarici İşlər Nazirliyi senatın qərarına münasibətini bildirib və qeyd edib ki, Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir. Hesab edirəm ki, Azərbaycan olaraq böyük təxribatların başlanğıcındayıq və bu, hələ prosesin əvvəlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, döyüş meydanında məğlub olan düşmən öz himayədarları vasitəsilə var-gücü ilə qətnamələrə girişəcək: “Ona görə başlanğıcdan buna bütün müstəvilərdə sərt reaksiya verməliyik. Hakimiyyət, müxalifət, QHT-lər, ayrı-ayrı fərdlər etirazlarını bildirməlidirlər. Fransa səfirliyinin önündə etirazımızı bildirməliyik. Fransız mallarına, Azərbaycanda fəaliyyət göstərən bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir. Biz bu məsələdə birlikdə etiraz etməsək əminəm ki, bu proses qar topası kimi böyüyə-böyüyə gedəcək və bizə gələcəkdə ciddi problemlər yaşadacaq. Biz bu sərt reaksiyamızla gələcəkdə Fransa kimi qərəzli addım atmaq barədə düşünən dövlətlərə də ciddi mesaj vermiş olacayıq”.

Tarix: 25 Noyabr 2020, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin