Sabah hava necə olacaq?

Noyabrın  27-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. 

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz təşkil edəcək. 

 

Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoz

 

Noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Tarix: 26 Noyabr 2020, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin