BURADA REKLAMINIZ OLA
BİLƏR

Binə qəsəbəsinə gedən avtobuslarla bağlı dəyişiklik

Sabahdan etibarən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik “BMC Procity” markalı avtobuslarla yerinə yetiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Pravda.az-a verilən məlumata görə, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

 

Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu.

Fotoları təqdim edirik
Tarix: 29 Dekabr 2019, 16:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin