“Makron Ərdoğana nifrət edir” - Rəsul Quliyev

“Fransa senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsini beynəlxalq normaların əxlaqsızcasına pozmaq nümunəsi adlandırmaq olar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

 

R.Quliyev qeyd edib ki, Fransa senatında təmsil olunanların ən azı 60 faizi Makronun partiyasındandır: “Onlar əgər bir nəfər kimi hamısı beynəlxalq normaların əleyhinə səs verirsə, deməli, bunu təşkil edən Makronun özüdür. Makron Türkiyə və onun Prezidenti Ərdoğana nifrət edir. Çünki Ərdoğan qat-qat ağıllıdır, Liviya, Livan, NATO ilə əlaqədar Makronun sayaqlamalarını ələ salır. Makron Fransanın əhalisinin 10 milyonunun müsəlman olduğunu unudub. O başa düşmür ki, onsuz da onu artıq 2 ildir, istəməyən Fransız xalqı bir kibrit alovundan alışıb onu yandıra bilər. Və bu kibrit Fransa müsəlmanlarının əlindədir. O qədər ağıldan kəmdir ki, bir ay bundan öncə müsəlmanların əleyhinə söylədiyi mülayim fikirlərin dünyada verdiyi reaksiya yadından çıxıb. Bu özündən müştəbehi yerinə oturtmaq lazımdır”.

Tarix: 26 Noyabr 2020, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin