“Ermənilər bütün dünyaya aşılayırdılar ki, istəsələr Bakını da işğal edə bilərlər”

“Şanlı Azərbaycan Ordusu 44 günə erməniliyin yüz illər boyu dünyaya yaydıqları mifi dağıtdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib:

- Ermənilər anadangəlmə istedadlı hərbiçilərdir. 44 günlük müharibə bu mifi məhv etdi və bütün dünyaya azərbaycanlıların hərb sahəsindəki bacarıqlarını, istedadlarını göstərdi. Ermənilərin 4 ilə işğal etdikləri əraziləri Şanlı Azərbaycan Ordusu 30 illik müdafiə qurğularına rəğmən 44 günə azad etdi. Bu gün dünyanın aparıcı ölkələri Azərbaycanın apardığı 21 əsrin müharibəsinin taktika və strategiyasını öyrənir.

 

- Ermənilər bütün dünyaya aşılayırdılar ki, Azərbaycan müharibə yolu ilə nəinki Dağlıq Qarabağı, hətta ətraf 7 rayonu da heç vaxt qaytara bilməyəcək, əgər istəsələr Bakını da işğal edə bilərlər. Bütün dünya gördü ki, Azərbaycan müharibə yolu ilə nəinki Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu, əgər ermənilərin ağaları işə qarışmasalar, içi Yerevan qarışıq qədim Azərbaycan torpağı sayılan bütün Ermənistan ərazilərini ala bilərdilər.

 

- Ermənilər özlərini böyük xalq, azərbaycanlıları isə ayrı-ayrı qəbilələr kimi qələmə verirdilər. Bütün dünya gördü ki, Azərbaycanda yaşayan çoxsaylı millətlər Böyük bir Xalqdır, ermənilər isə hələ də xalq olmayan, bir-birini didən, pul, klan ətrafında birləşmiş tayfalardır.

 

- Ermənilər hesab edirdilər ki, uzun illər yaydıqları yalanları ilə bütün dünyanı özlərinin müdafiəçilərinə çevirəcəklər. Özlərinə Böyük Qardaş elan etdikləri Rusiya onlara daim qardaş olub müdafiə edəcək. Hadisələr göstərdi ki, ermənilərin nə müdafiəçiləri, nə də dostları var. Özlərinə Böyük Qardaş hesab etdikləri Rusiya da bu yerlərdə öz nüfuzunu tam itirməmək və ancaq öz maraqlarını qorumaq üçün son anda onları ipdən qopardı. Bütün dünyada isə bəziləri Azərbaycanın haqlı işini dostcasına açıq müdafiə etdi, bəziləri açıq etməsələr də, susmağa üstünlük verdilər. Özümüzə Böyük Qardaş yox, Qardaş saydığımız Türkiyə son məqama qədər bizim haqq işimizin yanında oldu və bütün dünyaya durmadan bəyan etdi ki, ehtiyac olarsa canlı qüvvə ilə də bizi müdafiə edəcək.

 

- Ermənilər daim elan edirdilər ki, sona qədər Dağlıq Qarabağı müdafiə edəcəklər. İşləri qəlizə düşəndə, Ermənistanın da yer üzündən silinə biləcək təhlükəsini görən kimi Dağlıq Qarabağda yaşayanları yarı yolda qoydular. Elə müharibə dövrü də minlərlə fərarilik etdilər. Azərbaycanda isə bir dəqiqə belə heç kim Qarabağı unutmadı və bir nəfər belə fərari olmadı.

 

- Ermənilər hesab edirdilər ki, daim ağlamaqla, onun bunun yanında alçalmaqla öz istəklərinə nail olacaqlar. Nə qədər daban yalasalar da heç nəyə nail ola bilmədilər. Azərbaycanlılar isə öz qürurunu qorumaqla, heç kimdən heç nə xahiş etməməklə mərdi mərdanə öz istəyini reallaşdırdı.

 

- Ermənilər hesab edirdilər ki, onların bütün dünyaya sahib olan diasporaları onları istənilən çətinlikdən qorumağa qadirdir. Bu mif də məhv oldu. Heç vaxt diasporası ilə öyünməyən Azərbaycanın xaricdə yaşayan balaları isə demək olar ki, heç kimin təşkilatçılığı, dəstəyi olmadan Vətənlərini kişi kimi gecə-gündüz qorudular. Bundan sonra da Azərbaycan diasporasının gücünü görərlər.

 

- Nəhayət, ermənilər bir Monte Melkonyan kimi bir terroristi, kaftar kimi öz sürüsünə arxayın olub əliyalın yüzlərlə azərbaycanlını qətlə yetirmiş cəlladdan özlərinə qəhrəman düzəltdilər. Azərbaycanlıların isə bir oğlu Mübariz İbrahimov təkbaşına erməni hərbiçilərinə gücünü göstərdi, onların yüzlərlə silahlı əsgərlərini məhv etdi və Qəhrəman oldu. Bu gün M.Melkonyan, ad günündə işğal etdiyi Kəlbəcəri tərk edən məğlub xalqın qəhrəmanı, Mübariz İbrahimov isə Kəlbəcərə bir güllə atmadan azad edən qalib Xalqın Qəhrəmanıdır! Yaşasın Azərbaycan!

Tarix: 27 Noyabr 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin