BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əliyevlərə mənəvi bağlılığım indinin işi deyil” – Eldar Sabiroğlu

“Bəzi adamlar İlham Əliyevlə əlaqədar statusuma (“Facebook”da-red) görə məni ağır şəkildə təhqir etdilər. Şüurları hansı gəvəziliyi kəsdisə onu da acı dillərinə atıb üzərimə üfürdülər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Eldar Sabiroğlu deyib.

 

E.Sabiroğlu bildirib ki, belə demokratiya, söz azadlığı olmaz: “Hər kəs öz mədəniyyətini göstərdi. Bu görəvi onlara kim verib!? Mənim üçün bir məsələ çox maraqlıdır. Tanıdığım və hörmət etdiyim adamların münasibəti azca məni narahat etdi. Başqaları ilə işim yoxdur. Bu ərköyünlərə sualım var. Mənim Əliyevlərə mənəvi bağlılığım indinin işi deyil. 1975-ci ildə Heydər Əliyevin İrəvanda olduğu zamanlara təsadüf edir. Sonradan bu xatirəni Bakı şəhərində yada saldıq. Böyük dövlət adamına münasibətim məhz həmin ildən qəlbimdə yer alıb. Nəhayət, suala keçirəm:"Necə olur mənim də xoşlamadığım və sizlərə yaxın olan şəxslər barədə xüsusi fikirlərim mövcuddur. O zaman mənim də sizlərə ağır sözlərim ola bilər. Lakin bu günə qədər birinizin qəlbinə dəyən adi bir tənqidi sözü mediaya çıxarmamışam. Bu ərkəyünlük haradan və necə qanınıza keçib!? Yaxud bu cür davranış, rəftar, özündənrazı keyfiyyətlərlə uzağa gedə bilməyəcənizin  fərqindəsinizmi?!" Bundan sonra da təhqirlərinizi davam etdirə bilərsiniz. Məndən isə söyüş və təhqiri görməyin”.

Tarix: 27 Noyabr 2020, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin