“Türk qarşısında diz çökmüş lider danışıqlar apara, xalqımızın mənafelərini və hüquqlarını qoruya bilməz” - Saqatelyan

“Ermənistanda hakimiyyət yoxdur. Nə hökumət var, nə də XİN”.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri “Daşnaksütyun” Partiyasının rəhbərliyinin üzvü İşxan Saqatelyan deyib.

 

“Türk qarşısında diz çökmüş lider danışıqlar apara, xalqımızın mənafelərini və hüquqlarını qoruya bilməz. Bu bəla dərhal getməlidir ki, ölkəmizin qürubunu dayandırmaq mümkün olsun, əks halda biz Vətənimizin qalan kiçik hissəsini tədricən verəcəyik”, - deyə Saqatelyan əlavə edib.

Tarix: 27 Noyabr 2020, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin