“France-24” Füzuli barədə reportaj hazırladı - VİDEO

“France-24” telekanalı erməni işğalından azad edilmiş Füzuli rayonu barədə reportaj hazırlayıb.

 

Reportajda qeyd olunub ki, birinci Qarabağ müharibəsinədək burada 100 mindən çox azərbaycanlı yaşayırdı.

 

Ermənilər buranı işğal etdikdən sonra Füzuli kabus-şəhərə çevrilib: “Biz Qarabağı əhatə edən yeddi rayondan biri olan Füzuliyə daxil olmuşuq. Burada hər yerdə döyüş izləri, döyüş texnikasının qalıqları var”.

 

Reportajda Füzildən didərgin düşmüş şəxslərlə müsahibə də yer alıb. Məcburi köçkün Hafiz Tahirov çəkiliş olan yerə qədər gələ bildiyini, amma qabağa getməyin mümklün olmadığını deyib:

 

“Bəlkə də evlərimizi dağıdanlar, oralarda bombalar da yerləşdirib, bilmək olmaz”.

 

Daha bir məcburi köçkün bildirib ki, burada ata evi var idi, amma indi heç nə qalmayıb:

 

“Mən erməni barbarların törətdiklərini uşaqlarıma danışardım, amma artıq buna ehtiyac yoxdur. Onlar hər şeyi bilir”.

 

Reportajda qeyd olunur ki, hərbi qələbə Bakıya bu əraziləri qaytarmağa imkan verib.

Tarix: 27 Noyabr 2020, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin