BURADA REKLAMINIZ OLA
BİLƏR

Aybəniz Haşımova: “Manaf Ağayev mənə əsl qardaş olub, dağ kimi söykənə biləcəyim qədər mənə güvən verib”

“Əziz və çox vəfalı, dəyərli qardaşım Manaf Ağayev haqda xəbər verdilər ki, ailəsi ilə birgə COVİD-19 -a yoluxubmuş. Çox utandım, gec bildiyim üçün və sizin yanınızda ola bilmədiyimçün. Çünki Manaf bəy mənim həmişə, hər günümdə bir telefon zəngi qədər yanımda olub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Əməkdar artist Aybəniz Haşımova deyib.

 

“Mənə əsl qardaş olub, dağ kimi söykənə biləcəyim qədər mənə güvən verib. Allah sizi qorusun, mərd insan! Heç vaxt xəstələnməyin! Sizi çox sevirəm və Allahdan sizə can sağlığı, uzun ömür arzu edirəm”.

Tarix: 27 Noyabr 2020, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin