BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Qarabağ münaqişəsini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə Dağlıq Qarabağdakı humanitar missiyanın işini və Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə edib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Bu məzmunda Prezident müşavirə iştirakçılarını Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan telefon danışıqları barədə də məlumatlandırıb”, - deyə kremlin sözçüsü vurğulayıb.

 

Onun sözlərinə görə, müşavirədə Rusiyada gündəlikdə duran müxtəlif aktual sosial-iqtisadi məsələlərə də toxunulub.

Tarix: 27 Noyabr 2020, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin