BURADA REKLAMINIZ OLA
BİLƏR

“ƏDV geri al”la bağlı AÇIQLAMA

Son günlər vətəndaşlardan “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

 

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

Tarix: 27 Noyabr 2020, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin