BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda nüvə alimi güllələnərək öldürüldü - FOTO

İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

 

Pravda.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.

 

Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Fotoları təqdim edirik
Tarix: 27 Noyabr 2020, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin