BURADA REKLAMINIZ OLA
BİLƏR

“Elçibəyin bu xalq, bu dövlət qarşısında göstərdiyi çox yox-bircə xidmətinin adını çəkin” – Etibar Hüseynov

“Son günlər yenə də Əbülfəz Elçibəy gündəmə gətirilib. Kimlərsə onu tərif edib göylərə qaldırır, kimlərsə də təhqir edib aşağılayır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov deyib.

 

“Mənim Əbülfəz bəyə heç bir kin-kudurətim yoxdur (niyə də olsun ki?), Həmçinin də heç bir sevgim-rəğbətim də yoxdur (niyə də olmalıdır ki?) Ona görə də tərəflərin hər ikisinə də üz tutub deyirəm: Göstərin mənə Elçibəyin bircə dövləti xəyanətini və yaxud digər tərəf də mənə Elçibəyin bu xalq, bu dövlət qarşısında göstərdiyi çox yox-bircə xidmətinin adını çəksin. Hər-halda son 30 illik tariximizi jurnalist olaraq günbəgün, saatbasaat canlı izləmiş birisi kimi cavablarınız maraqlıdır” – E.Hüseynov sosial şəbəkədə qeyd edib.

 

O, bu məsələ ilə bağlı istənilən sayt və ya TV-də debata hazır olduğunu bildirib.

Tarix: 28 Noyabr 2020, 00:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin