BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni Arzu Rzayev: “Böyük oğlum gözləyirdi ki, çağırsınlar, döyüşə yollansın”

“Bu illər ərzində vətənpərvərlik mahnıları ifa olunurdu, amma torpaqlarımız işğalda olduğu üçün ürəyimizi açmırdı. Sanki boynu bükük idik”

 

Bunu estrada müğənnisi Arzu Rzayev deyib. Müğənni torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib:

 

“Əlbəttə, bu gün hamımız qürur hissi keçiririk. Bu illər ərzində vətənpərvərlik mahnıları ifa olunurdu, amma torpaqlarımız işğalda olduğu üçün ürəyimizi açmırdı. Sanki boynu bükük idik. Amma indi həmin mahnılar ifa olunanda adama başqa cür təsir edir. Müharibə başlayandan mən də evimizə üçrəngli bayrağımızı vurmuşam və hər bir vətəndaş kimi bu mübarizəyə qoşulmuşuq. Mənim ana tərəfim Əmircandandır və orda da bizim kifayət qədər uşaqlarımız cəbhəyə yollandılar və onların arasında şəhid olanları da var. Böyük oğlum qvardiyada xidmət edib və gözləyirdi ki, çağırsınlar o, da döyüşə yollansın. Təbii ki, bu müharibədə şəhidlər verdik, Allah hamısına rəhmət eləsin. Biz onların sayəsində bu qələbəni əldə etdik. Vaxtilə mən də Ağdərədə, Xankəndində toy şənliklərində olmuşam. Çox təəssüf ki, Şuşada olmamışam, amma bu dəfə qismət olsa, gedəcəm. Azərbaycanımızın hər bir qarşısı bizim üçün əzizdir. Çox təəssüflər olsun ki, şəhərlərimizi erməni vandalları talan edib, dağıdıblar. Allah prezidentimizin canın sağ eləsin, indi o şəhərlərimizi yenidən salacaq. Bunlar hamısı maddiyata bağlı olan şeylərdir. Biz işin mənəviyyata aid tərəfini udmuşuq, qalıb maddiyata bağlı olan tərəfi və bunlar da düzələn şeylərdir. Mən də bütün xalqımızı bu qələbə münasibətilə təbrik edirəm”.Moderator

Tarix: 28 Noyabr 2020, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin