Məhəmmədrəsul Məcidov nokautla qalib gəldi

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti döyüşünü keçirib.

 

Pravda.az-ın məlumatına görə, ağır çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ABŞ-da təşkil olunan döyüş gecəsində Puerto Riko idmançısı Sahret Delqado ilə üz-üzə gəlib.

 

Qarşılaşma Hollivuddakı Seminol Hard Rok Hotel və Kazinoda baş tutub. Məcidov 6 raund davam etməli olan döyüşü vaxtından əvvəl nokautla yekunlaşdırıb. 3-cü raundda rəqib döyüşü davam etdirə bilməyib. Bununla da həvəskarlar arasında üçqat dünya çempionu olan Məcidov peşəkar rinqdə 3-cü döyüşündə 3-cü qələbəsini qazanıb.

Tarix: 28 Noyabr 2020, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin