BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan əsgəri Şuşa yolunda minaya düşərək şəhid oldu

Azərbaycanlı əsgər minaya düşərək şəhid olub.

 

Pravda.az xəbər verir ki, şəhidimiz Nahid Musa oğlu Ağalarovdur. O, 44 günlük müharibənin qəhrəmanlarından biridir. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

 

Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində - Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadı deyə ona şəhidlik statusu verildi. Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə - Şuşa, Daşaltı yaxınlığında şəhid oldu.Sonxəbər

Tarix: 28 Noyabr 2020, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin