Yaralanan əsgər 2 gün morqda qalıb, yaşadığı məlum olub, xəstəxanaya aparılarkən minaya düşüb - FOTO

Morqa aparılan əsgərimizin yaşadığı məlum olub.

 

Pravda.az xəbər verir ki, həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub.

 

Bildirilir ki, o Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.

 

Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilib və əsgər yoldaşları tərəfindən morqa aparılıb. İki gün morqda qalıb. Üçüncü gün digər valideyinlər öz nəəşlərini təhvil götürməyə gəldikdə Elxanın “xırıltısını ” eşidiblər və onun sağ olduğunu anlayıblar. Xəstəxanaya aparmaq qərarına gəliblər.Elxan Hüseynov xəstəxanaya aparılarkən maşın minaya düşüb və möcüzəvi şəkildə sağ qalıb. Hadisə nəticəsində daha da ağır yaralanan Elxan hazırda Bakıda reanimasiyadadır.Sonxəbər

Fotoları təqdim edirik
Tarix: 28 Noyabr 2020, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin