“Doğum günümü keçirmirəm, çünki şəhidlərimiz var” – Rəşid Mahmudov

Bu gün tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudovun doğum günüdür.

 

R.Mahmudov doğum günündə öz xoş təəssüratlarını açıqlayıb:

 

“Doğum günümü keçirmirəm, çünki şəhidlərimiz var. Onlar bizim hamımızın övladlarıdır. Onlar kişilik etdilər, həm də bizi kişi elədilər. Çox təəssüf ki, Kəlbəcərin istisu sanatoriyasında olmamışam. Amma rəhmətlik anamla qardaşım ora çox gediblər. Şuşaya bir dəfə getmişəm. Ağdamda da toyda olmuşam. Bu dəfə mən mütləq Şuşaya getməliyəm. Bu müharibə göstərdi ki, üç yüz il idi, Nadir Şahın qələbəsindən sonra biz qələbə görməmişdik, bu birinci dəfəydi. Mən bütün gənclərimizə, qeyrətli Azərbaycan xalqına çox sağ ol deyirəm. Gənclərimizi xüsusən öpürəm, bağrıma basıram. Prezidentimizə can sağlığı arzu edirəm, çox iradə göstərdi, sağ olsun, təşəkkür edirəm. Bundan sonra gözəl bir Azərbaycan, yeni bir dövlət quracağıq. Əvvəlki, yığıb dağıdan məmurların heç biri olmayacaq”.Moderator

Tarix: 28 Noyabr 2020, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin