BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədən Naxçıvanla bağlı AÇIQLAMA

“Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri qəti hərbi qələbə ilə geri almasından sonra ölkəmizlə Orta Asiyada yaşayan qardaşlarımızla aramızda birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

 

“Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq için göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bu qovuşmağın sevincini yaşayırıq. Tarixi İpək Yolunu həmişə birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq”, - deyə TBMM sədri vurğulayıb.

 

Tarix: 28 Noyabr 2020, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin