BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...

Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

 

Pravda.az-ın xəbərinə görə, Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

 

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Həyat yoldaşı illər öncə vəfat edən H.Şakirin 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Zibeydə Adilzadə Hacıyev Şakirin qızıdır. Digər həlak olan Hacıyev Firudin isə H.Şakirin qardaşıdır.

Tarix: 28 Noyabr 2020, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin