BURADA REKLAMINIZ OLA
BİLƏR

“COVİD-19-dan nəhəng pullar qazananlar var” – İlqar Məmmədov

“Azərbaycanda da COVİD-19 probleminin kəskinləşməsini istəyən iqtisadi maraq qrupunun yaranması təhlükəsi hər gün artır. Məsələn, indiyədək ölkədə 1,7 milyondan çox test keçirilib. Hərəsinin qiyməti 100 manat. Hər testdən tibb müəssisələrinə heç olmasa 20 AZN xalis mənfəət qalırsa (yəni vergi və digər xərclər çıxandan sonra), bu müəssisələr pandemiyanın davam etməsində çox maraqlı, maddi imkanları isə sürətlə artan maraq qrupuna çevrilirlər».

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAI Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, 9 ayda ən azı 34 milyon, bəlkə də 50 milyondan çox manat təkcə xalis mənfəət əldə edən sektor ölkədə azdır: “Məsələn, toy sektoru, bəlkə. Amma toy sektorunda dəfələrlə daha çox adam işləyir və o, qida və digər yerli istehsal sahələrini də yaşadaraq iqtisadiyyata daha çox fayda verir nəinki idxal olunmuş testlərin kiçik bir qrup tibbi heyət vasitəsilə tətbiqi. Məsələ təkcə tibb sektorun asan pul qazanmasında deyil. Onlayn ticarət və xidmətlər artdıqca, bu sahənin sahibləri də - niyyətləri yaxşı olsa da - hamımızın normal həyat tərzinə qayıtmasının iqtisadi əleydarlarına çevrilə bilərlər. Düzdür, bunların hamısının başı üzərində COVİD-19 probleminin qlobal səciyyə daşıması durur. Yəni pandemiya qurtarsa, xalqa test sata bilməyəcəklər, onlayn ticarət və xidmətlər də xeyli zəifləyəcək. Amma nəzərə almaq lazımdır ki, hər ölkədə olduğu kimi, qlobal səviyyədə də COVİD-19-dan nəhəng pullar qazananlar var. Pandemiyanı süni şəkildə uzatmağa, ya da yeni bəhanələrlə normal həyata dönüşün qarşısını almağa onların əzmlə çalışmağa bir səbəbi var. İki həftə əvvəl İlon Musk öz tvitterində yazmışdı: “Nə isə qurama bir iş görünür burada. Bu gün 4 dəfə COVİD-19 testindən keçdim. Nəticənin ikisi mənfi çıxdı, ikisi müsbət”. Həqiqətən, insanların əksəriyyətinin xəstəliyi əlamətsiz keçirməsi haqda məlumatlar COVİD-19 testlərinin və, nəticə etibarı ilə, yoluxma sayının hansı iqtisadi-siyasi məqsədlərə xidmət edə biləcəyi haqda ciddi şübhələr yaradır.

Tarix: 28 Noyabr 2020, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin