BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev: “Ağdamda ilk dəfə valideynlərimlə birlikdə toyda olmuşam” - VİDEO

Ağdamda ilk dəfə 1988-ci ildə valideynlərimlə birlikdə toyda olmuşam.

 

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

H.Hacıyev bildirib ki, Ağdam onun xatirində yaşıllıq, bol meyvə ağaclı, gözəl məkan kimi qalıb:

 

“Amma təəssüf ki, gördüyünüz kimi, ermənilər buraları viran qoyub. Bu vəhşiliyi beynəlxalq ictimaiyyət özü də görəcək. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Ağdamda təmir-bərpa və yenidənqurma işləri aparılacaq”.

 

Tarix: 28 Noyabr 2020, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin