BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətəndaş ağzıda maska necə idman etsin?” – Əkrəm Həsənov

Nazirlər Kabinetinin və onun tabeliyində olan Operativ Qərargahın  vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur. Azərbaycan Konustitutsiyasına görə vətəndaşların hüquq və azadlıqları fövqaladə rejim olarsa, məhdudlaşdırıla bilər.

 

Bunu vəkil Əkrəm Həsənov bildirib: “Mən vətəndaşların qararları birmənalı qarşılamadıqlarına da haqq verirəm. Çünki, Fövqalada rejimlə bağlı fərmanı Azərbaycan Respublikasının Prezidenti imzalayır. Müvafiq qərarı isə Milli Məclis verir. Əks halda Nazirlər Kabinetinin belə bir hüququ yoxdur. Məhdudiyyətlərin tətbiq etmək forması qanuna uyğun deyil”.

 

Əkrəm Həsənov təklif edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah insanların azadlığını tamamilə məhdudlaşdıran qərarlar verməsin.

 

Mən razıyam açıq havada maska taxmaq lazımdır. Amma insanların intensiv istifadə etdiyi küçələrdə bu qərar keçərli olmalıdır. Qapalı məkanlarda maskadan istifadə olunması ilə bağlı nəzarət güclənməlidir: “Bunu hamı bilir ki, idman etmək, velosiped sürmək kimi sağlam vərdişlər insan orqanizmində immuniteti gücləndirir. Vətəndaş ağzıda maska necə idman etsin? Ona görə də xahiş edirik ki, qərarların forması düzgün seçilsin”.

 

Vəkil vətəndaşlara çağırış edərək onlarda maskadan düzgün istifadə etməyi də tövsiyyə edir: “Gəlin bu dövrdə öz azadlığımız üçün  başqalarının da həyatına riskə atmayaq”.Bizim.media

Tarix: 29 Noyabr 2020, 00:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin