BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə xüsusi təyinatlıları əməliyyata başladı

Türkiyənin xüsusi təyinatlı qüvvələri PKK-nın Suriya qolu YPG-nin dörd terrorçusunu zərərsizləşdiriblər.

 

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

 

Qeyd edilir ki, terrorçular Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatının keçirilməsi zonasına atəş açıblar. Onlar cavab zərbəsi ilə məhv edilib.

 

"Türkiyə Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatçısıdır. Regionda əməliyyatlar davam etdiriləcək", - müdafiə idarəsinin xəbərində deyilir.

 

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil ediblər.

Tarix: 29 Noyabr 2020, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin