BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşbulaqda gizli şəkildə fəaliyyət göstərən dörd yeməkxana aşkarlandı - FOTO

Daşkəsəndə karantin rejimi qaydalarını pozan iaşə obyektləri aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən dörd yeməkxana aşkarlayıb.

 

Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

 

Davam etdirilən tədbirlər zamanı rayonun Yuxarı Daşkəsən kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

 

Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Fotoları təqdim edirik
Tarix: 29 Noyabr 2020, 15:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin