BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş infeksionist: “Məktəbləri yox, barları bağlayın”

“Koronavirusa yoluxma hallarını azaltmaq üçün məktəbləri yox, barları və restoranları bağlamaq lazımdır”.

Pravda.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi “ABC”-yə verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, uşaqların təhlükəsiz olmasını təmin etməyin ən yaxşı yolu onları məktəbdə qorumaqdır:

“Gəncləri cəmiyyətdə virusun ən az olan yerində qorumaq olar. Ən təhlükəli yerlər restoran və barlardı, harada ki, insanlar tibbi maskasız otururlar”.

Entoni Fauçi bir daha təkrarlayıb ki, virusdan uzaq olmaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, tibbi maska taxmaq, əlləri tez-tez yumaq və sosial məsafə saxlamaq lazımdır.APA

Tarix: 29 Noyabr 2020, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin