BURADA REKLAMINIZ OLA
BİLƏR

Trampdan seçki ilə bağlı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində qələbə qazanması barədə bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib.

Pravda.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “FoxNews”a müsahibəsində deyib.

"Biz seçkilərdə asanlıqla qalib gəldik. Ola bilməz ki, Bayden milyonlarla səs yığsın", - o, müsahibəsində bildirib.

Tramp öz qələbəsini elan etmiş Co Baydenin afroamerikalı seçicilər arasında sabiq dövlət başçısı Barak Obamadan da çox səs yığa bilməsindən şübhələnib.

"Minlərlə ölü insan səs “verdi", - Tramp təkrarlayıb. O, vurğulayıb ki, əslində Bayden 80 milyon səs toplamayıb.Report

Tarix: 29 Noyabr 2020, 20:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin