BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq Baş Nazirin zabit oğlu Kəlbəcərdə - FOTO

Azərbaycanın sabiq Baş naziri, AXP sədri Pənah Hüseyn özünün Facebook profilində maraqlı bir status yazıb:

 

"2 aprel 1993- cü ildə Kəlbəcərdən Gəncəyə geri gəldim. Bu gün oğlumun  əsgərlərilə Murovu aşıb Kəlbəcərə daxil olması xəbərini aldım. Allaha şukürlər olsun!".

 

Sabiq Baş nazirin oğlu, baş leytenant Vaqif Hüseyn Vətən müharibəsinin aktiv dönəmində ordu sıralarına qatılıb. Xocavənd rayonunda xidmət həyata keçirdib. Bu gün isə o, işğaldan yenicə azad edilmiş Kəlbəcər rayonuna xidmətə göndərilib.

 

Xatırladaq ki, Kəlbəcər Pənah Hüseynin Baş naziri olduğu Elçibəy iqtidarı dönəmində, 1993-cü ilin 2 aprelində işğal olunub.

Tarix: 29 Noyabr 2020, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin