BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirşahin: “Elçibəy Kəlbəcərin süqutuna görə məsuliyyət daşıdığını etiraf edib”

“Prezident İlham Əliyev deyir: “Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir”. Bəli, bu belədir. Mənim 2000-ci ildə hazırladığım “Ən Yeni Tarix” tok-şousunda rəhmətlik Əbülfəz Elçibəy hamının gözü qabağında Kəlbəcərin süqutuna görə Prezident kimi məsuliyyət daşıdığını etiraf edib və elə həmin verilişdə də, bütün kəlbəcərlilərdən, xalqdan üzr istəyib. Siz o verilişi internet resurslarında tapa bilərsiniz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

 

M.Ağayevin sözlərinə görə, Prezident bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar kimi Azərbaycan Xalq Cəbhəsini qeyd edərkən onu əsas gətirir ki, “əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi.”: “Bəli, elədir ki, var. O qüvvələr doğrudan da 1992-ci ilin mart və may aylarında dövlət çevrilişi ediblər. Ayaz Mütəllibovu iki dəfə deviriblər. Tarixi faxtlar var. Yenə internet resurslarına müraciət etməyi təklif edirəm. Əlavə bir faktı da xatırladım: eyni qüvvələr eyni üsulla 1992-ci ilin oktyabrında Naxçıvanda da çevriliş yoluyla Ali Məclisin rəhbəri Heydər Əliyevi devirməyə cəhd göstəriblər, sadəcə olaraq bu onlarda Naxçıvan əhalisinin ciddi müqaviməti sayəsində alınmayıb. Əliyev deyir: “siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi.” Eynilə belədir. May ayının 15-də. Prezidentin devrilmə prosesində Xalq Cəbhəsi döyüş mövqelərindən Bakıya gətirilən hərbi texnika və şəxsi heyətin bir qrupu ilə iştirak etdi. Bu isə cəbhədə mövqeləri zəifləmiş Azərbaycanın Laçını itirməsi ilə nəticələndi. Prezidentin gənc nəslin xatırlaması üçün vacib bildiyi məqamlar: O vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. Parlamentin sədri kiçik elmi işçi olmuşdu. Əmək kitabçasında da belə yazılıb. Dövlət katibi - komsomoldan çıxmışdı. Bəli. Bir yerdə oxumuşuq. Bir təşkilatda təmsil olunmuşuq. Komsomol xəttiylə məscid də süpürmüşük, içərişəhərdə hamamın bərpasında iştirak etmişik. Respublika Komsomolunun nəzdində fəaliyyət göstərən Qala birliyindən burada olan varsa təsdiqləyər. İlqarı çoxdandı görmürəm. O iqtidardakılar təbii ki , peşəkar deyildilər. O dövrü yaxşı bilən, ən kiçik detalınadək xatırlayan jurnalist kimi bildirirəm: rəhmətlik xarici işlər naziri ömrünün sonunadək assambleyaya ansamleya deyirdi. Necə ki, lideri paraflamaq sözünü parafinləmək kimi tələffüz edirdi. Müdafiə nazirinin –riyaziyyat müəllimi olması da, Şuşanın təslim edilməsinin məhz onun nazirlik zamanında baş verməsi də faktdır. Məhkəmə var, onun qərarı var. Keçmişin nazirin layiq bilindiyi cəza var. Prezidentin bağışlamasından sonra hər günü Əliyevə dua borcu kimi qaytarılmalı olan ömür var. Və nəhayət “Şuşanı biz qaytarmışıq, biz!” Bəli. Azərbaycan Silahlı qüvvələrinin Ali Baş komandanı İlham Əliyevin birbaşa rəhbərliyi altında Şuşa qaytarılıb! Azərbaycan tarixinin ən şərəfli hərb və müstəqillik səhifəsi, milli qürurumuzun ən uca nöqtəsidir bu. Prezidentin tarixi materialdan istifadə edərkən istinad etdiyi digər məlumatlar, o cümlədən kiminsə öz liderini sataraq, onun arxasınca iş görməsi tək hərəkətlər barədə məlumatlar da dövrün etibarlı xəbər məmulatı kimi ayrı-ayrı, əksər hallarda elə həmin şəxslərin təsiri altında fəaliyyət göstərən mətbuat vahidlərində yayılıb. Gəncənin bombalanması, öz vətəndaşlarını güllə qabağına verilərək vətəndaş müharibəsinə start vermək kimi həqiqətdir. Və nəhayət. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Çünki hər şey buna gedirdi. Kollektiv Paşinyan ifadəsi isə o dövrü bütünlüklə, zərgər dəqiqliyi ilə səciyyələndirir! Savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bu ifadələr Ermənistan rəhbərliyi haqqında deyilib. Həm də. Belə. O dövrü yaşayan, görüb bilən başqa şahidləri bilmirəm, mən onların “gözləyim görüm nə olar!” deyə susan insafından nümunə götürməyəcək və susmayacam!”

Tarix: 30 Noyabr 2020, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin