BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan istefaya gedir, yerinə bu şəxs gəlir

Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti həftə Rusiya prezidenti Vladimir Putin ilə baş tutacaq görüşdən sonra vəzifəsindən istefa verəcəyi iddia edilib.

 

Onun yerinə isə sabiq kəşfiyyat direktoru Artur Vanetsyanın gətiriləcəyi bildirilir.

 

44 günlük hərbi əməliyyatlardan sonra "vətən xaini" elan edilən Paşinyanın yenidən nüfuz qazana bilməyəcəyi bildirilən xəbərdə "Ermənistanda rəhbərliyin gizli ötürülməsi üçün danışıqların başladığı" qeyd olunub.

 

Məlumat üçün bildirək ki, Ermənistan prezidenti Armen Sarkisyan da hökuməti istefaya çağırıb. O, bu barədə Moskvada Rusiyadakı erməni diasporunun nümayəndələri ilə baş tutan görüşdə bildirib.

 

"Bu qədər böyük bir faciənin yaşandığı hər bir ölkədə sadəcə bir həll yolu var - buna səbəb olan hökumət getməlidir", - deyə Sarkisyan qeyd edib.

Tarix: 30 Noyabr 2020, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin