BURADA REKLAMINIZ OLA
BİLƏR

Tibb Universitetinin qəzada həlak olan tələbələrinin FOTOSU

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

 

Pravda.az-ın xəbərinə görə, hər üç tələbə koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. Hadisə onlar işdən evə gedərkən baş verib. Tələbələrdən ikisi hadisə yerində, Tuncay Məmmədov isə xəstəxanada keçinib.

 

Qəzada yaralanan digər tələbə İlkin Ağamirzəyev hazırda Bakıda özəl xəstəxanaların birində müalicə olunur. Onun vəziyyətinin də ağır olduğu deyilir.

 

Qəzada həlak olan tələbələr Tuncay və Yeganənin fotolarını təqdim edirik.

Tarix: 30 Noyabr 2020, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin