BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dost-düşmən baxır, ayıbdır”

Müğənni-bəstəkar Murad Arif Milli Televiziya və Radio Şurasına səslənib.

 

Pravda.az xəbər verir ki, bu barədə paylaşım edən sənətçi bəzi verilişlərin efirdən yığışdırılmasını tələb edib: "MTRŞ, müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq... Dost-düşmən baxır, ayıbdır! Bu yeknəsək, müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda "hökmən müğənni də gəlsin" formatı 2021-ci il üçün yaramır axı. İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri... Xaos, fars, dəxlisizlik... O qədər pis idi ki”.

Tarix: 30 Noyabr 2020, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin