BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil nazirindən qəzada ölən tələbələrlə bağlı paylaşım

Təhsil naziri Emin Əmrullayev qəzada ölən Tibb Universitetinin tələbələri ilə bağlı paylaşım edib.

Pravda.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb. 

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır.  Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!"

Tarix: 30 Noyabr 2020, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin