BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu

Dekabrın 1-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

ETSN-nin Milli Hidrometeorologiya XidmətiPravda.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət  gecə 80-90, gündüz  60-70  faiz təşkil edəcək.  

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 1-5,  gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix: 30 Noyabr 2020, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin