Həkim: “İnsan sosial varlıqdır, onu zooparkdakı kimi qəfəsdə izolyasiya etmək mümkün deyil”

“Yoluxma sayı artan kimi başbilənlər çıxır efirə “Vətəndaşlar məsuliyyətsizdir”, “Maska taxmırlar” və s. eyni şeyləri təkrar edirlər. İnsan sosial varlıqdır, onu zooparkdakı kimi qəfəsdə tam izolyasiya etmək mümkün deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu həkim, nevroloq Qalib Əsədov deyib.

 

Q.Əsədov bildirib ki, insan ünsiyyət olmadan yaşaya bilməz: “Bütün dünyada belədir və biz də istisna deyilik. Əgər yayda bu qədər sərt rejim olmasaydı (hansı ki, dəfələrlə deyirdim), bu əziyyəti çəkməyəcəkdik. Bütün yay boyu “Kollektiv immunitet yaranmalıdır” deyib durdum. İndi də sərtləşdirmə ancaq mənfi nəticələrə gətirib çıxara bilər. Savadsız, təhsildən uzaq bir nəsil yetişir. İqtisadi problemlər də öz yerində. İstənilən infeksion xəstəliklərə qalıb gəlmək üçün əsas iki şərt var.

1. İnfeksion ocaq (xəstə) mümkün qədər tez aşkar olunmalı.

2. Dərhal müalicə tədbirlərinə başlanmalıdır.

Əgər bu gün səhiyyəmiz hərarəti olan xəstədə COVİD-19 diaqnozunu ən tez bir həftəyə qoyursa, apteklərdə müvafiq dərmanlar yoxdursa bu zaman görülən bütün digər karantin tədbirlərinin heç bir mənası və əhəmiyyəti yoxdur! Bu problem həll olunmasa, xəstələrin və həyatını itirənlərin sayı daha da çoxalacaq”.

Tarix: 1 Dekabr 2020, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin