BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sadə erməniləri hər zaman onlara havadarlıq edənlər, cinayətkar dəstələr çirkin əməllərə sövq ediblər”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı suallarını cavablandırıb.

 

Onunla müsahibəni təqdim edirik:

 

- Məlahət xanım, tarixi zəfərimizi şərtləndirən amilləri necə şərh edərdiniz?

 

- Tarixi zəfərimizin ümumiləşdirilmiş formasını Müzəffər Ali Baş Komandanımız daha aydın və dolğun şəkildə qiymətləndirib. Müzəffər Ordumuzun qələbəyə imza atması xalqımızın əzmi, birliyi sayəsində mümkün olub. Bu gün dünyada güc ayrı-ayrı anlamlarda başa düşülür. Haqlı-haqsız, ədalətli-ədalətsiz yanaşmalar alt-üst olur. Güclüsənsə, nə istəyirsən onu edə bilərsən. "Məzlumu əzə və yaxud hansısa prinsipləri diktə edə bilərsən" anlayışlarını az-çox görmüşük. Çox təəssüf ki, III minillikdə biz belə halları görməli olduq. Dünya sivilizasiyasının inkişafının bu mərhələsində belə anlayışlar mövcuddur.

 

Yüz il öncə tarixi ədəbiyyatlardan da aldığımız məlumatlarda bildirilirdi ki, bəşəriyyət daha hümanis olacaq. Düşünülürdü ki, XX əsrin sonuna doğru insanlar daha hümanist, dövlətələr sosial yönümlü olacaq. Amma bu gün bütün bunların əksini gördük. XX əsrin sonlarına II dünya müharibəsindən, BMT-nin yaranmasından sonra insanların böyük ümidi vardı. Hər zaman əzilən, müstəmləkəyə məhkum edilən xalqlarda bir ümid yaranmışdı. II Dünya müharibəsindən sonra isə xalqlar müstəmləkəçiliyin başqa formatını gördü. XX əsrin sonuna doğru ən çox rast gəlinən ifadə ikili standart terminləri oldu. Amma XXI əsrdə isə biz artıq ikili standartlar deyil riyakarlıqlarla qarşılaşdıq. Daha çox bəzi insanlar kimi dövlətlərdə üzlərindəki maskanı çıxardılar. Müasir dövrdə belə bir tendensiya ilə üz-üzə qaldıq.

 

Cənab Prezident 2003-cü ildə hakimiyyətə gəldikdən sonra daxili siyasətdə hümanist sosial prinsipləri hüququn aliliyində görməli olduq. Sonuncu 10 illiklərdə dünyada gedən proseslərdə göstərdi ki, beynəlxalq hüququn prinsiplərinə arxalanmaq kifayət etmir. Digər amillərdə daha diqqətli olmalıyıq. Məhz milli birliyimiz bizim bu günkü qələbəmizi şərtləndirən ən başlıca amil oldu. Çünki dövlət, xalq-iqtidar birliyi fonunda düşmənə ən laqyiqli və sərt cəza verildi. Bütün dünya Azərbaycan xalqının birliyindən, onun sücaətindən danışmağa başladı. İllərdir davam edən haqsız mübarizədə haqlı olduğumuzu bütün dünyaya bəyan etdik. Bu xalqımızın birliyi və lazım olanda vahid gücə çevrilməsi sayəsində mümkün oldu.

 

- Düşmən etiraf etdi ki, təkcə hərbi cəbhədə deyil, diplomatiya sahəsində də Azərbaycana uduzur. Sizcə, bu müharibə ilə “güclü erməni lobbisi” anlayışı da fiaskoya uğradımı?

 

- Diplomatiya çox böyük məhfumdur. Bu bir dövlətin apardığı xarici siyasətdir. Diplomatiya müxtəlif istiqamətlərdə ola bilər. Danışıqlar, masa arxasında, infomasiya, eyni zamanda hərbi istiqamətində aparılan diplomatiya mövcuddur. Ötən dövr ərzində cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə diplomatiya sahəsində çox mühüm uğurlara imza atılıb. Mədəni sahədə əldə edilən diplomatik uğurlar nəticəsində Azərbaycanı bütün dünya tanıyıb. YUNESCO, İSESCO səviyyəsində ölkəmizə böyük dəstək yaranıb. Cənab Prezident və birinci-vitse prezident Ağdam məscidini ziyarət edərkən də bildirdi ki, mədəniyyətlərarası dialoqla, sivilizasiyalararasi əməkdaşlıq, dinlərlə bağlı münasibətdə Azərbaycan ən yükək əməkdaşlığa malikdir. Tək Heydər Əliyev Fondu özlüyündə mədəni diplomatik əlaqələrin qurulmasında və daha da möhkəmlənməsində mühüm uğurlar qazanıb. Azərbaycan YUNESKO və İSESKO-da böyük tarixi uğura imza atdı. Bu birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi sayədinə mümkün olub. Eyni zamanda xalq diplomatiyası sahəsində də Azərbaycan öz üzərinə düşən missiyası layiqincə yerinə yetirdi. Hətta Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xalq diplomatiyasi yolu ilə də həlli istiqamətində ciddi addımlar atıldı. Bir vaxtlar azərbaycanlı ziyalılar bunun bağlı qarşılıqlı səfərlərdə olub. Amma təəsüf ki, düşmən bu yüksək mədəni jesti də layiqincə qiymətləndirə bilmədi. Paralel olaraq informasiya sahəsində də diplomatik prinsiplər üzərində işlər görüldü. Azərbaycan dünyanın aparıcı media quruluşları üçün əməkdaşlıqda maraqlı olub. Son proseslər də göstərdi ki, Azərbaycanla bağlı bütün məsələlər dünya mediasının diqqətindədir.

 

Cənab Prezidentin 44 günlük müharibə dövründə onlarla xarici media quruluşu ilə müsahibədə olması Ona ünvanlanan suallar ölkəmizlə bağlı son dərəcədə diqqətdən qaynaqlanırdı. Doğrudur bəzi qüvvələr öz çirkin niyyətlərini media sahəsində də yaymağa çalışırdılar. Amma bunların qarşısı qətiyyətlə alındı. Cənab Prezidentə ünvanlanan suallarda da bu çalarlar özünün göstərirdi. Sözsüz ki, böyük diplomatik bacarığa malik olan cənab Prezident ünvanlanan təxribat xarakterli suallara tutarlı cavablar verməklə onları öz yerində oturdub. Ali Baş Komandanımız cəbhədə hərbdə olduğu kimi diplomatiyanın bütün sahələrində də zəfər qazandı.

 

2003-cü ildən cənab Prezident bütün çıxışlarında vermiş olduğu müsahibələrdə dəfələrlə vurğuladı ki, Azərbaycan bir qarşı torpağını belə düşmənə güzəştə getməyəcək. Sözsüz sülh yolu ilə danışıqlar aparılsa da Cənab Prezident xalqımızın səbrinin tükənməz olduğunu da dəfələrlə vurğulayıb. Son baş verən proseslər isə Azərbaycan xalqının səbrini tükətmişdi.

 

- Bundan sonra xalqların birgəyaşayışını mümkün hesab edirsinizmi?

 

- Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirirb ki, erməni xalqı ilə bizim heç bir problemimiz yoxdur. Azərbaycan xalqına qarşı heç bir cinayətdə əli olmayan, iştirak etməyən o ərazilərə sonradan köçüb gəlməyən ermənilər ölkəmizin qanunları ilə yaşamaq hüququ əldə edə bilər. Biz də bilirik ki, sadə erməniləri hər zaman onlara havadarlıq edənlər, cinayətkar dəstələr çirkin əməllər sövq edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

 

Ərazi bütövlüyümüzə, müstəqilliyimizə, suverenliyinə baxışlarında kiminsə bir balaca fərq hiss etsək onlara deməyə sözümüz var. Azərbaycanda on minlərlə erməni millətindən olan vətəndaşlar var. Onlar Azərbaycan qanunları ilə normal yaşayır. Heç bir ayrı seçkiliyə və təqibə də məruz qalmırlar. Bu günə qədər kimsə deyə bilməz ki, Azərbaycanda qanunlara tabe olan, dinc yaşayan erməni əsilli vətəndaşa hansısa bir təzyiq olub. Çünki Azərbaycan bütün dünyada müxtəlif xalqların bərabər sülh şəraitində yaşadığı bir ölkədir. Burada keç kəs dininə, irqinə, dərisinin rənginə görə ayrımçılığa məruz qalmır.

 

Azərbaycanın bütün vətəndaşları eyni hüquqa malikdir. 44 günlük vətən müharibəsində azərbaycanlılarla yanaşı bu vətən üçün döyüşən şəhid olan ruslar, yəhudilər digər xalqların nümayəndələri var. Xalqımız onlara hər zaman böyük diqqət və sevgi göstərir. Xalqların birgəyaşayışının ən gözəl nümunələrindən biri Azərbaycandadır.

 

- Qərb dövlətlərinin burada xristian təəsübkeşliyi çəkməsi müşahidə olunurmu?

 

- Bu, çox böyük gülüş doğuran haldır. Onlar yəqin ki, Azərbaycanın bütün dinlərə, qeyri-islam abidlərinə olan münasibəti görməyiblər. İtaliyada, Fransada xristian abidələrini təmir edən, onlara xidmət göstərən Azərbaycandır, Heydər Əliyev Fondudur. Bütün bunlar ortada ola-ola ölkəmizi xristian abidələrinə münasibətdə diqqətli olmağa çağırmaq çox absurd görünür. Cənab Prezident Ağdama səfərində onlara da tutarlı cavab verdi ki, “gedin öz işinizlə məşğul olun”. Azərbaycan Prezidenti dünya liderlərinə tövsiyyə vermək iqtidarında olan bir insandır. Ona görə də, Azərbaycan vətəndaşlarında da bu iddialar haqlı narazılıq yaradır. Vatikanda abidələri təmir edən bir dövlət hansı halda öz ərazisində olan tarixi, dini abidələrə zərər vura biləri...? Bu yanlış yanaşmadır. Bu yanlışlığı onlar özləri də bilir. Yaxın gələcəkdə də hansı absurd fikirlərə düşdüklərinin peşmançılığını yaşayacaqlar.

 

- Cənab Prezident Avropa Şurasına, Avropa Parlamentinə çağırış etdi. Bu çağırışlar müstəvisində qarşı təfədən nə gözləyirik?

 

- Bu təşkilatlardan qətiyyən cavab gözlənilmir. Çünki bu qrumlar mövqelərini dəyişməyiblər. E.Makronda gördü ki, Azərbaycan tərəfindən ona reaksiya verən yoxdur reallıqla barışmağa məcbur oldu. Onun açıqlaması nə qədər gecikmiş olsa da, həqiqətə uyğun idi. Ona görə də, indiki halda bəzi beynəlxalq qurumların yanaşması anlaşılmazdır. Yaxın gələcəkdə bu təşkilatlar da reallığı qəbul edəcəklər.

 

- Hazırda Fransada ikiqütblülük yaranıb. Senat separatizmi dəstəkləyir. Hökumət əksinə gedir. Paradoksu necə izah etmək olar?

 

- Erməni lobbisi Fransada özünə çoxlu dayaq yaradıb. Eyni zamanda bir çox terror təşkilatlarının ilkin qeydiyyat və kök salma məntəqəsi də Fransadadır. İlk dəfə terrorçu Daşnakstyun partiyasına da Fransadan açıq dəstək olub. Qeyri-rəsmi olaraq Fransada bir milyona yaxın erməni yaşayır. Bu ermənilər də böyük imkanlara malikdir. Həmin ermənilərdə E.Makron kimi adamların və senatorların seçiciləridir. Seçkili orqanlarda çıxış edənlərdə erməni lobbisindən dəstək almaq niyyətindədir. Amma erməni lobbisi hansı təsirlərə mlaik olsa da beynəlxalq hüquq, qanun burada öz mövqeyini göstərməlidir. Avopa Birliyinin ən aparıcı ölkəsinin uydurma qərarlara razı olacağı gözlənilən deyil. Senatın qəbul etdiyi qondarma sənədin isə heç bir hüquqi əsası yoxdur. Bu provakasiya xarakterli bir addımdır. Rəsmi olaraq Fransa buna etiraz edir. Proseslərin gedişində hər şey aydın olacaq. Azərbaycan zəif dövlət deyil. Buna qarşı özünün rıçaqları, arqumentləri mövcuddur.

 

-Qərb dəyərlərinə hörmət edən bir ölkənin başqa bir dövlətin ərazisi haqqında qərar verməsi nə dərəcədə reallığa uyğundur?

 

-Fransa bu məsələlərdə daha diqqətli olmalıdır. Bu dövlət BMT-də Azərbaycanın ərazi bütövlüyünə səs verib. Təhlükəsizlik Şurasının üzvü olan bir dövlətin işğalçını dəstəkləməsi heç bir halda qəbul edilməzdir.

 

- Paşinyan erməni xalqından daha 6 ay zaman istəyib. İşğalçı ölkədəki prosesləri necə şərh etmək olar?

 

- Onların sonu heç də yaxşı olmayacaq. Paşinyan işğal siyasətini davam etdirməklə öz hakimiyyətinin də sonunu yaxınlaşdırdı. Onun hər atdığı addım sona daha da yaxınlaşdırır. Biz ermənilər haqqında hümanist düşündükcə, bu gün Ermənistanda küçələrdə Azərbaycan əleyhinə hansı şuarlar səsələnir buna da fikir vermək lazımdır. Çünki 10 illiklər bu toplumu yanlış siyasi proselərlə zəhərləyiblər. Onlar heç özləri də nə uğurunda savaşdıqlarını, mübarizə apardıqlarının fərqində deyillər. Bir neçə gün öncə erməni xarici işlər naziri Zöhrab Mnatasakanyan istefa verdi. Bu adam vaxtilə BMT-də çalışıb. İstefadan sonra o BMT-nin baş katibi Antonio Quterreşə müraciət edir ki, onu işlə təmin etsin. Bəşəri dəyləri öz nizamnaməsində əsas tutan BMT bu prinsiplərə sadiqdirsə, Z.Mnatasakanyanı işə götürməməlidir. Bunun ifşası üçün də biz hərəkətə keçməliyik. Bununla bağlı petisiyalar da toplanmalıdır. Z.Mnatasakanyanın rəsmi tvitter səhifəsində hər gün Azərbaycanı barbar, Türkiyəni terrorçu adalandırır. Belə bir iddialarla çıxış edən adam sabah BMT-də işləmək iddiasındadır. Tvitter səhifəsində Azərbaycanı və Türkiyəni terrorçu adlandıran belə adamın BMT-də işləmək haqqı varmı? O sabah həmin qrumda hər hansı vəzifə daşısa mənzərəni yəqin ki, təsəvvür edirsiniz? Ona görə, belə adımlara qarşı diqqətli olmalıyıq. Bu gün erməni xalqının sağlam düşünmək ikmanları məhdudlaşdılıb. Onlara ağalıq edənlər, cinayətkar ideoloqları ermənilərin beyinlərinə zərərli toxum səpib. Bu gün öz tvitter səhifəsində “strongarsakh”, “longlivarsakh” yazan Z,Mnatasakanyan yenə də separatçıdır. Onun hansısa bir beynəlxalq qrumda təmsil olunmağa mənəvi haqqı çatmır.

Tarix: 1 Dekabr 2020, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin