BURADA REKLAMINIZ OLA
BİLƏR

“BBC” Laçından görüntülər yaydı - VİDEO

Laçının Azərbaycana təhvil verilməsinə saatlar qalmış rayonda yaşayan ermənilər buranı tərk edib.

 

Pravda.az xəbər verir ki, bu haqda “BBC” kanalı məlumat və video-görüntü yayıb.

 

Onlar rayondan çıxarkən mal-qaranı özü ilə aparır, ağacları kəsir və evləri yandırır.

Azərbaycana təhvil verilməsindən əvvəl Laçın şəhərində evlərin yandırıldığı görünür.

Laçın rayonu noyabrın əvvəlində Azərbaycan, Rusiya və Emrənistan liderlərinin birgə imzaladığı bəyanatla Azərbaycana geri qaytarılan sonuncu rayondur.

 

Bundan əvvəl bəyanata uyğun Ağdam və Kəlbəcər Azərbaycana geri verilib.

 

Laçın rayonu Azərbaycanın Ermənistanla sərhədində yerləşir. Dağlıq Qarabağı əhatə edən 7 rayondan biri olan Laçın 28 il öncə, 1992-ci ilin mayında erməni silahlıları tərəfindən işğal olunub.

 

İşğaldan əvvəl Laçın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olub.

 

Tarix: 1 Dekabr 2020, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin