BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanı qarışdı - “Azərbaycan Qarabağla kifayətlənməyəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla açıqlamaları, çıxışlarında İrəvanın Azərbaycanın qədim şəhəri olduğunu vurğulaması erməniləri təlaşa salıb.

 

Erməni ictimai-siyasi mühitinə belə qənatə yaranıb ki, Bakı yalnız Qarabağı azad etməklə kifayətlənməyəcək, vaxtilə bu və ya digər şəkildə Ermənistanın Azərbaycandan qopardığı ərazilərlə bağlı da iddia qaldıracaq.

 

Zod qızıl mədəninin Azərbaycanın nəzarətinə keçməsi bu qənaəti daha da möhkəmləndirib.

 

Siyasi elmlər doktoru, hərbi tarixçi Armen Ayvazyan erməni KİV-inə açıqlamasında deyib ki, Ermənistan Sovet xəritələrini rəhbəri tutmamalıdır. Əks təqdirdə problemlər yalnız Zoddakı hadisə ilə məhdudlaşmayacaq.

 

Onun sözlərinə görə, Zodun Azərbaycanın nəzarətinə keçməsi Ermənistan üçün ciddi problemdir. Çünki ölkənin dördüncü ən böyük vergi ödəcəyisi olan müəssisələrindən biri burada yerləşir. “Ciddi maliyyə itikiləri və qızıl emalı müəssisələrində problemlər ola bilər”, - deyə o bildirib.

 

Armen Ayvazyan əlavə edib ki, Zodun Azərbaycanın nəzarətinə keçməsinə ayrıca məsələ kimi baxılmamalıdır.

 

"Azərbaycanla sərhəd boyu ağrılı problemlərimiz var. Oxşar hadisə Meğri, Gorus, Jermuk və Sisiyan yaxınlığında da baş verəcək”, - hərbi tarixçi vurğulayıb.

 

Onun sözlərinə görə, Sünik də təhlükədədir. “Qarabağsız Sünikin təhlükəsizliyi kövrəkdir”, - deyə Ayvazyan əlavə eidb.

 

Erməni tarixçi Qarabağın da gələcək taleyindən narahatdır. O bildirib ki, faktiki olaraq Qarabağ qorunmayan “rezervasiyaya” çevrilir. Armen Ayvazyan bu fikirləri ilə əslində ermənilərin Xankəndinə yerləşdirilməsinin məcburi olduğunu və heç bir əhəmiyyət daşımadığına eyham edib.

 

"Rus sülhməramlıları da Qarabağı tərk edərsə, bunun gələcəyi yoxdur. Fors-major hallar baş verməsə, orada bircə nəfər də erməni qalmayacaq”, - deyə Ayvazyan vurğulayıb.

 

Nəhayət, erməni tarixçi deyib ki, Ermənistan üçün gələcəkdə yeni problemlər yarana bilər: “Azərbaycan Qarabağla kifayətlənməyəcək. İlham Əliyev bunu gizlətmir, yalnız Süniklə deyil, İrəvanla bağlı da açıqlamalar verir”.

Tarix: 1 Dekabr 2020, 13:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin