Lavrov Rusiya qoşunlarının çıxarılmasından danışdı

"Dnestryanıdakı silah-sursat anbarları üzərində Rusiya hərbçilərinin nəzarətinə son qoyulması ciddi insidentlərə səbəb ola bilər".

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələri XİN başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

 

O, Rusiya sülhməramlılarının Moldova və Ukraynadakı olduğu kimi ATƏT-in təsdiqlədiyi 5+2 qrupunun qərarına müvafiq olaraq münaqişə zonasında olduğunu xatırladıb: “Onlar hər şeydən öncə bu regionda sabitliyin dəstəklənməsi vəzifəsini yerinə yetirirlər, hansı ki, bu, orada qanlı münaqişənin hansısa yeni partlayışı olmaması üçün prinsipial dərəcədə vacibdir”.

 

Lavrov Kolbasnadakı silah-sursat anbarlarını mühafizə edən ikinci Rusiya hərbçiləri qrupunun, birləşmiş qoşunlar qrupunun olduğunu da xatırladıb: “Bu anbarlar elə vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə səbəb ola bilər”.

Tarix: 1 Dekabr 2020, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin