BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dəmir Gədəbəyliyə, Musa Ələkbərliyə dedim ki, nə yaltaq adamsınız siz...” – Rəşid Mahmudov

Xəbər verdiyimiz kimi dünən müasir uşaq ədəbiyyatının nümayəndələrindən olan İlyas Tapdığın doğum günü idi. Ürəyindən əməliyyat olunan şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda evində vəfat edib. O, Badamdar qəsəbəsində həyat yoldaşının yanında dəfn edilib. Dəfn mərasimində Xalq yazıçısı Anarın, şairin həmyerlisi, Tibb Universitetinin dosenti Rəşid Mahmudovla mübahisəsi olub. R.Mahmudov dəfn mərasimində baş verən mübahisəni Moderator.az-a belə nəql edib: “Dəfn mərasimində Anara söz verdilər, amma danışmadı, heç “Allah rəhmət eləsin” də demədi. Mən də Anara əsəbiləşib dedim ki, əgər qisasın var idisə, dəfn mərasiminə gəlməyəydin. Özünü göstərməyə, şəkil çəkdirməyə gəlmisən bura. Onu biabır elədim. Daha sonra yazıçı Elçin dedi ki, “Anar səhv edib, bağışla, mən sizdən üzr istəyirəm”. Şair Dəmir Gədəbəyliyə, Musa Ələkbərliyə dedim ki, nə yaltaq adamsınız siz, İlyas şair yoldaşınız idi, Anar gördünüz necə hərəkət etdi? Niyə durub bir-iki kəlmə söz demədi. Onların nə düşmənçiliyi ola bilər”.

Tarix: 2 Dekabr 2020, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin