BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dağlıq Qarabağ münaqişəsi"nin əvəzinə hansı ifadə işlədilməlidir?

“Prezident İlham Əliyev daha "Dağlıq Qarabağ münaqişəsi" deməməyi təklif edir. Əvəzi haqda fikri yoxdur, hər şeyi durumun inkişafına buraxır. Amma söhbəti xalq və beynəlxalq yaradıcılığının öhdəsinə bu cür buraxmaq düzgün olmaz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, 30 ildir yanlış təsəvvürlərdən doğan bir çox terminoloji səhvləri düzəltməyə vaxt ayırmalı olurduq, zərərini azaltmağa çalışırdıq: “Şəxsi fikrimdir: Son çıxışında İlham Əliyevin təklif etdiyi və heç də pis görünməyən vizyona uyğun olanı budur - Dağlıq Qarabağın iqtisadi və siyasi reinteqrasiyası (economic and political reintegration of Nagorno-Karabakh). Ancaq Azərbaycanca "reinteqrasiya" tikanlı xarici söz kimi səslənir deyə tərəddüd edirəm.

Vəziyyət (situation) sözü 1987-90`cı illərdə işlənirdi deyə, həm də müsbət hərəkətlilik vəd etmədiyi üçün çətin uyğun gələ. “Dağlıq Qarabağ məsələsi” (issue/problem) ifadəsi beynəlxalq müzakirələrdə mübahisəli ərazi təəssüratını yarada bilər. Bu ilkin düşüncələrimdir. Amma qələbədən doğan gedişatdakı indi olduğumuz nöqtəni və gələcək hadisələri əhatə edən ifadə ortaya mütləq qoymalıyıq. Bununla belə, “münaqişə” sözünün tamamən gündəmdən düşməsi üçün heç olmasa iki hadisə baş versə daha yaxşı olar. Bunun üçün Rusiyanın hərbi heyəti:

- Ermənistandan hərbi çağırışçı və qulluqçuların bizim əraziyə aparılmasına daha imkan verməsin;

- yerləşdirildiyi ərazimizə başqa ölkələrin vətəndaşlarını razılığımız olmadan buraxmasın”.

Tarix: 2 Dekabr 2020, 00:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin