BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərə komendant təyin edilidi

"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.Report

Tarix: 2 Dekabr 2020, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin