BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəfiqə Nağıyeva koronavirusdan vəfat edən vəkildən danışdı: “Paxıllığımı çəkirdi”

"Bir insan kimi mən Tahiri istəmirəm. Ona görə ki, o ömürboyu mənim paxıllığımı çəkirdi ”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Şəfiqə Nağıyeva dünyasını dəyişən vəkil Tahir Əlirzayev haqda danışarkən söyləyib.

 

Şəfiqə Nağıyevanın "Elgizlə izlə” verlişində mərhum vəkil haqqında dediyi sözlər ölkədə rezonnansa səbəb olub.

 

"Mən öz həmkarlarımı çox istəyirəm. Ancaq bir insan kimi onu çox istəmirdim. Ona görə istəmirəm ki, Tahir həmişə mənim paxıllığımı çəkib. Nəyə lazımdır bu kimi şeylər. Bilirəm ki, ölünün arxasınca danışmaq doğru deyil. Ancaq hər kəs bilir ki, mən haqqı danışan insan olmuşam” - deyə vəkil bildirib.

 

Xatırladaq ki, tanınmış vəkil, hüquqşünas Tahir Əlirzayev noyabrın 28-də koronavirusdan dünyasını dəyişib.Sfera

Tarix: 2 Dekabr 2020, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin